"Təhsil Nazirliyinin 18 ölkədən 158 məktəblinin iştirakı ilə təşkil etdiyi Beynəlxalq Lütfi Zadə riyaziyyat və informatika olimpiadası yekunlaşdı".
Tehsil.biz xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev bildirib.
O qeyd edib ki, olimpiadada informatika fənni üzrə 7 qızıl, 16 gümüş, 23 bürünc medal, riyaziyyat fənni üzrə 5 qızıl, 12 gümüş 17 bürünc medal qazanılıb: "Riyaziyyat fənni üzrə 3 qızıl, 2 gümüş, 1 bürünc medal, informatika fənni üzrə 4 bürünc medal isə Azərbaycan məktəblilərinin payına düşüb. Məktəblilərimizi ürəkdən təbrik edir, daha yüksək nailiyyətlər arzulayıram".
Fəqan Əzimli