Logo

Bu il xaricdə təhsil almış 726 nəfərin diplomu tanınmayıb - VİDEO

24.12.2021 20:23 733 baxış
IMG

Bu il ərzində xaricdə təhsil almış 726 nəfərin diplomu tanınmayıb, 2278 nəfərə isə müsbət cavab verilib.

Xəzər TV xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Eldar Orucov keçirdiyi brifinqdə deyib.

O, bu il diplomların tanınması ilə bağlı quruma 3004 müraciətin daxil olduğunu söyləyib. Sədr bildirib ki, imtinanın əsas səbəbləri sərhədkeçmənin və baza dil bilgilərinin yetərli olmamasıdır.

Eldar Orucov deyib ki, Azərbaycanda xaricdə təhsil üçün əsasən Gürcüstan, Rusiya və Ukraynaya üstünlük verilir. Ancaq son dövrlərdə Qərb, Mərkəzi Asiya və Şərq ölkələrində təhsil almağa da maraq artıb.

Qeyri-formal və informal təhsillə bağlı görülən işlərdən də danışan Eldar Orucov əlavə edib ki, hesabat dövründə bu sahə üzrə vətəndaşlara 174 sertifikat və 13 diplom təqdim olunub. O qeyd edib ki, bu il 5 ixtisas üzrə imtahanlar təşkil edilib.

Eldar Orucov onu da bildirib ki, qeyri-formal və formal təhsillə bağlı bu il ümumilikdə 17 özəl müəssisə ilə əməkdaşlıq edilib, 10 müəssisə ilə müqavilə bağlanıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

https://daytube.az/az/embed/121155

Xəbər lenti