Logo

BDU-nun komandası “Zəfər Gününə” həsr edilmiş futzal yarışlarında III yeri qazanıb

24.12.2021 19:30 422 baxış
IMG

2021-ci il dekabr 23-də Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirlən Ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında “Zəfər Gününə” həsr edilmiş futzal yarışlarına yekun vurulub.

Tehsil.biz xəbər verir ki, yarşlarda 22-si Bakı şəhəri, 11-i regionlardan olmaqla ümumilikdə 33 ali və orta ixtisas təhsili müəssisələrinin komandaları mübarizə aparıb, 500-ə yaxın tələbə iştirak edib.

Azərbaycan Texniki Universitetinin idman zalında baş tutan final qarşılaşmasında Bakı Dövlət Universitetinin komandası III yeri qazanıb. Yarışlar yarımqrup oyunları, pley-off, yarımfinal və final mərhələləri üzrə təşkil edilib. Sonda yarışlarda fərqlənən 4 tələbə futbolçu isə “Ən yaxşı qapıçı”, “Ən məhsuldar oyunçu”, “Ən intizamlı oyunçu” və “Ən yaxşı oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunub, I, II, III yerləri tutan komandalar diplom, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Xəbər lenti