Logo

Çində dinozavr embrionu tapılıb

23.12.2021 19:22 473 baxış
IMG

Çinin cənubunda yerləşən Qançjou bölgəsində dinozavr embrionu aşkar edilib.

AFP xəbər agentliyi xəbər verir ki, mükəmməl qorunmuş dinozavr embrionunun 66 milyon il yaşı olduğu təxmin edilir.

Tədqiqatçılar yumurtanın qəfil sürüşmə nəticəsində gizləndiyini və qorunduğunu düşünürlər.

“Yingliang” adlanan dinozavrın dişsiz teopod dinozavrı və ya oviraptorozavr olduğu düşünülür.

İkiayaqlı teopodlar qısa ön ayaqları və uzun arxa ayaqları olan dinozavrlar kimi təsvir edilib. Yumurta oğurlayan kərtənkələlər mənasını verən oviraptorozavrlar isə 66-100 milyon il əvvəl, indiki Asiya və Şimali Amerika qitələrində Təbaşir dövrünün sonlarında yaşamış tüklü dinozavrlardır.

“Yingliang” 27 sm uzunluğundadır, başdan quyruğa qədər bir yumurtanın içərisində bükülmüş vəziyyətdə yatır. Yumurta Çindəki “Yingliang” Təbiət Tarixi Muzeyinə gətirilib.

Xəbər lenti