Logo

MDB ölkələrinin III Oyunları Azərbaycanda keçiriləcək

21.12.2021 12:34 567 baxış
IMG

Dekabrın 20-də Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Saziş iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının növbədənkənar iclası keçirilib.

Tehsil.biz xəbər verir ki, videokonfrans formatında təşkil edilən iclasda MDB ölkələrinin növbəti Oyunlarının yeri və tarixləri müəyyənləşib. Belə ki, II Oyunlar 2023-cü ildə Belarusda, III Oyunlar isə 2025-ci ildə Azərbaycanda keçiriləcək.

İclasda MDB məkanında idman sahəsində əməkdaşlığın aktual məsələləri də müzakirə olunub. O cümlədən, ayrı-ayrı idman növləri üzrə birgə çempionatların və kubok yarışlarının keçirilməsi məsələsinə baxılıb. MDB ölkələri Oyunlarının hazırlanması və keçirilməsi üzrə İşçi Qrupa 2022-ci il iyunun 1-dək MDB çempionatları (çempionatları, kubokları) haqqında Əsasnamə layihəsinin hazırlanması tapşırılıb.

Xəbər lenti