Logo

Dövlət Neft və Sənaye Universiteti: I kurs tələbələrinin ənənəvi formatda tədrisi oktyabrın 15-dən b

01.10.2020 16:50 443 baxış

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bakalavr və magistr təhsil pillələrinə qəbul olmuş I kurs tələbələri oktyabrın 12-dən 15-dək üç gün müddətində tanışlıq məqsədilə mərhələli şəkildə universitetə gəlmələri nəzərdə tutulub.

ADNSU-dan bildiriblər ki, bu ali məktəbin rektoru, professor Mustafa Babanlı I kurs tələbələri ilə görüşəcək, onlara universitet haqqında məlumat və tövsiyələrini verəcək. Bundan əlavə, I kurs tələbələri təhsil alacaqları ixtisaslar haqqında müvafiq fakültə və kafedralardan onları maraqlandıran suallara cavab ala biləcəklər.

Qlobal koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi şəraitindən və epidemioloji vəziyyətdən asılı olaraq I kurs tələbələrinin oktyabrın 15-dən etibarən ənənəvi qaydada tədrisə başlaması barədə qərar verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, I kurs tələbələri istisna olmaqla ADNSU-da sentyabrın 15-dən onlayn formatda yeni tədris ilinə start verilib.

Xəbər lenti