Logo

Ömrü uzadan qidalar açıqlandı - FOTO

18.12.2021 09:39 579 baxış
IMG

Ömrü uzatmaq üçün ilk növbədə yüksək şəkərli qidalardan – şirin qazlı içkilərdən, tortlardan və s. imtina etmək lazımdır.

Bu barədə britaniyalı nutrisioloq Holli Zokkolan qidalanma yolu ilə ömrü uzatmağın yollarından danışarkən bildirib.

Sağlam qida mütəxəssisi hesab edir ki, rafinə edilmiş bitki yağları da istehlakdan çıxarılmalıdır.

“Onlar kimyəvi yolla təmizləndikləri üçün orqanizmə zərərlidirlər”, - deyə o, əlavə edib.

Zokkolan qeyd edib ki, uzun ömür üçün zeytun yağı, yağlı balıq, avokado, qoz-fındıq və tumlar kimi sağlam yağların qəbulunu artırmaq lazımdır.

Dietoloq əlavə edib ki, daha çox protein tərkibli qidalar, təzə meyvələr yemək, kifayət qədər su içmək və əlavə olaraq, xüsusilə qışda orqanizmi dəstəkləyən vitaminlər qəbul etmək lazımdır.

Mənbə: Express

Xəbər lenti