Logo

“Elm” qəzetinin növbəti nömrəsində...

17.12.2021 18:14 433 baxış
IMG

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin cari ildə 46-cı nömrəsi işıq üzü görüb.

Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitində iştirakına dair məlumat yer alıb.

Bundan əlavə, yeni nömrədə AMEA-nın elmi müəssisə və təşkilatlarında ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı keçirilən tədbirlər, akademiyada 2021-ci ildə əldə edilən mühüm nəticələr, “Nizami Gəncəvi İli” ili çərçivəsində çap olunan nəşrlər və müxtəlif informasiyalar diqqətə çatdırılır.

Xəbər lenti