Logo

EKVİTA və tərəfdaşları bir qrup müharibə veteranının peşə təhsilini maliyyələşdirəcək

16.12.2021 15:08 841 baxış
IMG

Bu gün həyata keçirilən açılış mərasimində BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli, EKVİTA şirkətinin direktoru İlqar Mehti və Millət Vəkili Tural Gəncəliyev çıxış ediblər.

Tədbir boyunca layihənin gələcək prespektivləri müzakirə olunub, “Qarabağa Dönüş” İctimai Birliyin sədri, millət vəkili Tural Gəncəliyev xüsusilə bildirib ki, bu təşəbbüs Qarabağın dirçəldilməsi üçün insan resurslarının hazırlanması baxımından əhəmiyyətlidir və hazırda yüksək peşə təhsilli kadrlara ehtiyac var.

“EKVİTA bu kimi layihələrə dəstək olmağa daima hazırdır və digər tərəfdaş şirkətləri də aktiv iştiraka səsləyir”, - deyə EKVİTA şirkətinin təsisçisi və direktoru İlqar Mehti öz çıxışı zamanı bildirib.

Qeyd edək ki, layihə çərçivəsində müharibə veteranlarının altı ay ərzində “Kulane” tədris mərkəzində təhsil alması nəzərdə tutulur. Vətən müharibəsi iştirakçılarının təhsil xərcləri ilə bərabər nəqliyyat xərcləri də EKVİTA və tərəfdaş şirkətlər tərəfindən maliyyələşdiriləcək. Layihə “Qarabağa Dönüş” İctimai Birliyinin təşkilatı dəstəyi ilə baş tutur.

Xəbər lenti