Logo

"Direktorlar bəzi məmurlara güvəndikləri üçün onlara qarşı tədbir görülmür" - Təhsil eksperti

16.12.2021 14:42 895 baxış
IMG

“Direktorlar bəzi məmurlara güvəndikləri üçün onlara qarşı ciddi tədbirlər görülə bilinmir”.

Tehsil.biz xəbər verir ki, bu sözləri təhsil eksperti Elşən Qafarov deyib.

O, məktəblərdə hansısa pulun toplanmasının yolverilməz və qanunvericiliyə zidd hərəkət olduğunu bildirib:

"Təhsil müəssisəsinin direktorunun və işçisinin  bu addımı atması qeyri-etikdir. Çox təəssüflər olsun ki, bir aya yaxındır, direktorun səs yazısı yayılıb. Lakin bunun ictimailəşməsinə baxmayaraq, məsələ ilə bağlı nə Təhsil Nazirliyi, nə də BŞTİ dünənə kimi heç bir məlumat verməmişdi. Həmin direktora qarşı hansısa tədbir hələ də görülməyib”.

Elşən Qafarov bildirir ki, onların üzvlük haqlarının ödənilməsi qanundan kənar deyil, amma məktəb direktorunun  pul mənimsəməsi və ya onu toplaması  assosiasiya məbləğinə aid edilmir, baxmayaraq ki, direktor valideynlərdən  bu adla vəsait toplayır:

"Həmin pul direktorun birbaşa təhsil müəssisəsindən topladığı məbləğdir. Hazırda Bakı şəhərinin bir çox məktəblərində  qanunsuz şəkildə pul yığılmaları  pik səviyyədədir. Çox təəssüflər olsun ki, bir çox nüfuzlu məktəb direktorları arxayınlıq edirlər. Onlar müəyyən məmurlara güvəndikləri üçün bu şəxslərə qarşı ciddi tədbirlər görülə bilinmir”.

Xəbər lenti