Logo

"Təhsilin inkişafı tədris ilini artırmaqla deyil" - Ekspertdən deputatın fikrinə REAKSİYA

16.12.2021 13:56 886 baxış
IMG

"Millət vəkillərindən biri deyib ki, 12 illik təhsilimizin inkişafına mühüm töhfə verəcək".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndi deyib.

Ekspert etiraz olaraq bildirib ki, təhsilin inkişafı tədris ilini artırmaqla deyil:

"Biri ona izah etsin ki, təhsilin inkişafı tədris ilini artırmaqla deyil, düzgün təhsil proqramının tətbiqi, təhsil müəssisələrində rüşvətin yığışdırılması, hər ay təhsil işçilərinin aldığı paketlərin ləğv edilib müəllimlərə düzgün əmək haqqı verilməsi, peşəkar kadrların olması və beyin axınının qarşısını almaqla mümkündür", - deyə Elçin Əfəndi qeyd edib.

Xatırladaq ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov 12 illik təhsilin böyük töhfə verəcəyini bildirmişdi.

Fəqan Əzimli

Xəbər lenti