Logo

Repetitorlara tökülən pullar: “Məktəblərimiz təhsil verə bilmir”

16.12.2021 12:53 771 baxış
IMG

İllərdir ölkəmizdə geniş büsət almış repetitorluq son illərdə daha da yayılıb, şaxələnib. Əvvəllər sadəcə 10-11-ci sinifdə oxuyan şagirdlər repititorlara üz tuturdularsa, artıq bir çox valideynlər övladlarını birinci sinifdən repetitor yanına göndərirlər.

Maraqlıdır görəsən, niyə ibtidai siniflərdən repititorlara ehtiyac duyulur? Məktlərdə keçilən dərs, uşaqların normal təhsil alması üçün yetərli deyilmi?

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, artıq valideynlər nəyinki məktəb yaşlı uşaqları, hətta məktəbəqədər hazırlıq vaxtından övladlarını repetitor yanına göndərirlər.

 İlqar Orucov

“Repetitorluq, dünyada geniş yayılmış bir xidmətdir. Bu xidmət Yaponiyada, ABŞ, Böyük Britaniya, Almaniya və s. kimi ölkələrdə də var. Yəni, bu xidmətin yalnız təhsilin zəif olduğu üçün varlığını desək, bu yalnış olar. Fərqli elm, təhsil tutumlu ölkələrdə belə repetitorluq xidmət olaraq var və heç də Azərbaycandankından az yayılmayıb. Amma burada insanları repipitorlara sövq edən səbəb daha çox öyrənmək, bilgi almaqdır.

Azərbaycanda məktəb yaşlı uşaqların kütləvi olaraq, repetitor yanına getməsi isə düşündürücü haldır. Buradan belə çıxır ki, məktəbdə şagirdə keçilən dərslər valideynləri qane etmir və yaxud bütövlükdə hardasa bir uyğunsuzluq var.

Repetitor yanına övladını göndərən valideynin yekun olaraq məqsədi odur ki, övladı gələcəkdə ali təhsil müəssisəsinə daxil ola bilsin. Belə çıxır ki, bizim orta məktəblər repititor yanına getməyən şagirdlərin ali təhsil almaq imkanını onlara yaratmır. Bu bir mənalı olaraq belədir və bunu gizlətməyin də yeri yoxdur”.

Ekspertin sözlərinə görə, ali məktəbə qabul olan abiturientlərin böyük əksəriyyəti repetitor yanına gedən uşaqlardır və bu, o deməkdir ki, bizim məktəblərimiz lazımi keyfiyyətdə, effektiv və şagirdlərin məzun olduqdan sonra ali məktəbə daxil ola biləcəyi bilikləri verə bilmir.

“Yoxsa, heç bir valideyn filan qədər xərc çəkib uşağını repititor yanına göndərməz. Heç bilirsinizmi, repetitor bazarının dövriyyəsi nə qədərdir? Bu valideynlərin cibinə nə qədər böyük məsrəf hesabına başa gəlir və ailə büdcəsinə nə dəqər təsir göstərir? Bu çox narahatedici məsələdir.

Bizimlə Türkiyə məktəblisinin repetitor yanına getməsində fərq çoxdur. Orada məktəb şagirdə yetərli biliyi verir ki, sabah həmin şagird ali təhsil müəssisəinə daxil ola bilsin. Təssüf ki, bizim məktəblər isə lazımi bilikləri verə bilmir və bunun üçün də şagirdlər, valideynlər repititorlara üz tutmağa məcburdurlar.

Üstəlik bu dövrdə şagirdin bütün uşaqlıq dövrü xüsusi gərginlik altında, bu müəllimdən çıxıb o birinin yanına getməklə keçir. Açığı bu, uşaq psixologiyasınada təsir edir”,-deyə ekspert bildirib.

Xəbər lenti