Logo

“Karyera məsləhəti xidmətinin təşkili” təlim proqramının II mərhələsi olan “Təlimçilərin təlimi” kursu keçirilir

16.12.2021 11:20 384 baxış
IMG

13–17 dekabr tarixlərində seçilmiş peşə təhsil müəssisələrində Karyera Mərkəzlərinin yaradılması və fəaliyyətinin təmin olunması istiqamətində “Karyera məsləhəti xidmətinin təşkili” üzrə təlim proqramının II mərhələsi olan “Təlimçilərin təlimi” keçirilir.

Karyera məsləhətçilərinin bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlim proqramı çərçivəsində interaktiv müzakirələrin aparılması, iştirakçıların bilik və bacarıqlarının qiymətləndirilməsi üçün təqdimatların təşkili nəzərdə tutulub.   

“Karyera məsləhəti xidmətinin təşkili” təlim proqramına Bakı, Gəncə, Şəki, Qəbələ, Bərdə və Cəlilabadda yerləşən 10 peşə təhsil müəssisəsindən 50-ə yaxın namizəd müsahibəyə dəvət olunub və nəticədə 22 iştirakçı təlimlərə cəlb edilib.

Təlim proqramı "Karyera Məsləhətçisi" və "Təlimçinin təlimi" kurslarını, həmçinin hər iki təlimdən sonra praktik tapşırıqlara və konsultasiyalara əsaslan mentorluq prosesindən ibarətdir. Belə ki, hər bir iştirakçı proqram başa çatdıqdan sonra müəyyən müddət ərzində öyrəndiyi bilikləri işində tətbiq etməsinə dair fərdi yanaşma əsasında bacarıqlarını təkmilləşdirmək və məsləhət almaq imkanı qazanacaq.

Proqramın sonunda karyera məsləhətçiləri və tələbələrin istifadəsi üçün əyani vəsaitlər təmin ediləcək.

Xəbər lenti