Logo

"12 illik təhsilə keçid təhsilimizin inkişafına töhfə verə bilər" - Millət vəkili

16.12.2021 10:24 857 baxış
IMG

"Son günlər cəmiyyətdə 12 illik təhsilə keçidlə bağlı müzakirələr aparılır. Hesab edirəm müəyyən ciddi hazırlıqlar həyata keçirilfikdən sonra ölkəmizin 12 illik təhsilə keçidi təhsilimizin inkişafına töhfə verə bilər".

Tehsil.biz xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O, bu gün dünyanın əksər ölkələrində 12 illik təhsilin tətbiq olunduğunu bildirib:

"Bu, həmçinin bizə təhsili daha sistemli təşkil etməyə, dərs saatlarını artırmağa imkan verəcək. Bu, eləcə də xarici ölkələrdə bizim gənclərimizin təhsillərini uğurla davam etdirmələrinə öz təsirini göstərəcək. Bununla həm də beynəlxalq təcrübəyə keçmiş olacayıq və bu təhsillə bağlı bir sıra hallarda tələbələrimizin xarici ölkələrdə üzləşdiyi çətinliklərin həllinə öz müsbət təsirini göstərəcək", - deputat qeyd edib.

Fəqan Əzimli

Xəbər lenti