Logo

Təhsildə Keyfiyyət Təminatı Agentliyi aşpaz ixtisası üzrə qiymətləndirmə aparıb

15.12.2021 14:11 297 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən Lənkəran şəhərində aşpaz peşə ixtisası üzrə qeyri-formal və informal yollarla bilik, bacarıq, səriştə və təcrübə əldə etmiş vətəndaşlar üçün praktiki imtahan keçirilib.

TKTA-dan bildirilib ki, ərizəçilər sözügedən peşə ixtisasının “İş şəraitində əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydaları”, “Qida təhlükəsizliyi”, “İaşə müəssisələrində istehsalın təşkili və iaşə müəssisələrinin avadanlığı”, “Ərzaq və qeyri-ərzaq məhsullarının kalkulyasiyası”, “İaşə məhsullarının istehsal texnologiyası” və “İstehsalat təcrübəsi” modulları üzrə bacarıq və səriştələrini nümayiş etdiriblər.

Qiymətləndirmə Komissiyasına işəgötürən nümayəndəsi olaraq Azərbaycan Kulinariya Mütəxəssislərinin Assosasiyasının İdarə Heyətinin üzvü Vüsal Talıbzadə cəlb edilib.

Yekunda uğurlu nəticə əldə edən ərizəçilərə aşpaz peşə ixtisası üzrə təhsil sənədi təqdim olunacaq.

Qeyd edək ki, imtahan “Lankaran Springs Wellness Resort” hotelində keçirilib.

Xəbər lenti