V-IX sinif şagirdləri üçün təşkil edilən Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsinin qalibləri bəlli olub.
Müsabiqənin FinalINda respublikanın 61 məktəbindən 20 komanda,100 şagird iştirak edib. Müvafiq işlər münsiflər heyəti tərəfindən qiymətləndirilib və komandalar iki kateqoriya üzrə 1-ci, 2-ci, 3-cü yerlərə layiq görülüb. 5-7-ci sinif kateqoriyası üzrə 1-ci yerin sahibi "Digital Brain" komandası olub.
8-9 sinif kateqoriyasinda isə 1-ci yerə "No comment" komandasi layiq görülüb.
Qalib Komandalar sertifikat və hədiyyələrlə təltif olunublar.
Müsabiqə Təhsil Nazirliyinin "Kod Saatı" qlobal hərəkatı çərçivəsində “Alqoritmika” beynəlxalq proqramlaşdırma məktəbi ilə birgə ərsəyə gətirilib.
Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi hər il əhatə dairəsini genişləndirir. Layihə bu tədris ilindən 16 şəhər və region üzrə 250 məktəbdən olan 191 min şagirdi əhatə edib.