Logo

Tanınmış sosioloq Əhməd Qəşəmoğlunun monoqrafiyası çapdan çıxıb

14.12.2021 18:56 633 baxış
IMG

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosiologiya şöbəsinin əməkdaşı iqtisad elmləri doktoru, sosioloq Əhməd Qəşəmoğlunun “Sosial-iqtisadi proseslərin idarə olunmasında ahəngyol nəzəriyyəsindən istifadə” monoqrafiyası nəşr olunub.

Bu barədə AMEA-dan məlumat verilib. Nəşrin elmi redaktoru professor İlham Məmmədzadə, rəyçiləri AMEA-nın müxbir üzvü Əyyub Quliyev, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov və dosent Aqil Eyvazovdur.

Monoqrafiya müəllifin təklif etdiyi, artıq beynəlxalq elm aləmində geniş tanınan ahəngyol elmindən sosial-iqtisadi proseslərin idarə olunmasında istifadə yollarına həsr edilib.

Kitabda sosial-iqtisadi proseslərin mahiyyəti dərindən araşdırılıb, bu sahədə yeni yanaşmaya ehtiyac olduğu göstərilib. Nəşrdə sosial-iqtisadi proseslərin uğurla idarə edilməsi üçün elmi bazanın formalaşması, bu sahədə sosiologiya elminin rolu barədə ətraflı məlumat verilib. Sistem nəzəriyyəsindən, ahəngyol elmindən və onun əsas müddəalarından, metodlarından sosial-iqtisadi proseslərin daha uğurlu şəkildə idarə edilməsi yolları göstərilib.

Yeni bir yanaşma əsasında yazılmış kitab sosiologiyanın, müasir elmin bu sahədəki inkişafı üçün də olduqca faydalı ola bilər.

Xəbər lenti