Logo

“Ustadla görüş” layihəsinin növbəti qonağı Anar Hacıyevdir

14.12.2021 14:13 428 baxış
IMG

“Ustadla görüş” layihəsinin növbəti qonağı basketbol üzrə idman ustası, I İslam Həmrəylik Oyunlarının qalibi, 2006-cı il "İnkişaf Kubokun" qalibi, 2008-ci il Avropa Çempionatı "C" divizionunun qalibi, 2012-ci il "Novruz" kubokun qalibi, 5 qat Azərbaycan Superliqasının qalibi Anar Hacıyevdir.

Tələbələr FIBA-nın 1-ci dərəcə beynalxalq lisenziyasına malik olan basketbolçu ilə eyni zalda master-klassa dəvət edilir.

İxtisasçı gənc tələbələr və həvəskar basketbolçuların məşqlərində bilik və bacarıqlarının artırılması, eyni zamanda gələcək karyerasına dəstək məqsədi daşıyan master-klass dekabrın 16-da, saat 10:00-da ASAPES-in basketbol zalında baş tutacaq.

Xəbər lenti