Logo

Emin Əmrullayev Basketbol Federasiyasının prezidenti oldu

14.12.2021 13:26 1096 baxış
IMG

Dekabrın 14-də Azərbaycan Basketbol Federasiyasının seçki konfransı keçirilib. 

Tehsil.biz xəbər verir ki, federasiyanın prezidenti Nadir Nəsibov çıxış edərək qurumun son illərdəki fəaliyyəti barədə məlumat verib və yeni seçiləcək heyətə uğurlar arzulayıb.

Daha sonra federasiya rəhbərliyinə yeni seçki keçirilib. Təhsil naziri Emin Əmrullayev Azərbaycan Basketbol Federasiyanın yeni prezidenti seçilib.

Konfransda həmçinin, Simuzər Feyzullayeva, Vilayət Vəliyev, Bəxtiyar Aslanbəyli və Elnur Əliyev federasiyanın Rəyasət Heyətinə üzv seçiliblər.

Xəbər lenti