Logo

Məktəblilərimiz 22-ci açıq Ümumrusiya komanda olimpiadasında uğurlu nəticə göstərib

14.12.2021 11:01 569 baxış
IMG

Məktəblilər arasında proqramlaşdırma üzrə 22-ci açıq Ümumrusiya komanda olimpiadası keçirilib. 

Azərbaycan məktəbliləri bu olimpiadaya ADA Universitetindən onlayn formatda qoşulublar. Belə ki, Bakı şəhəri Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdi Səid Nəsibov, Yevlax şəhəri 2 nömrəli tam orta məktəbin şagirdi Qalib Əsgərov və Balakən rayonu Qazbinə kənd tam orta məktəbinin şagirdi Xizri Saxrayevdən ibarət komanda yarışda uğurla çıxış edərək 54 şəhəri təmsil edən 324 komanda arasında üçüncülük diplomunu qazanıblar.

Məktəblilərimizi təbrik edir və daha böyük uğurlar arzulayırıq. 

Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Təhsil İnstitutu və  “Azercell Telekom” MMC  arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. Sözügedən müddətdə məktəblilərimiz müxtəlif miqyaslı beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 1 qızıl, 7 gümüş və 18 bürünc olmaqla, ümumilikdə 26 medal əldə ediblər.

Xəbər lenti