Logo

Tarixdə bu 7 DEKABR

07.12.2020 09:01 510 baxış
IMG

7 dekabr — Qriqorian təqvimi ilə ilin 341-ci günü (uzun illərdə 342-ci). İlin sonuna 24 gün qalır.

 

Əhəmiyyətli hadisələr

  • 1678 — Lui Hennepin Niaqara şəlaləsini kəşf edən ilk avropalı olub.
  • 1792 — Brüsseldə Belçikanın müstəqilliyini tələb edən nümayiş fransız ordusu tərəfindən amansızcasına yatırılıb.
  • 1877 — Tomas Edisonun fonoqrafı ilk dəfə nümayiş olunub.
  • 1917 — ABŞ Avstriya-Macarıstana qarşı müharibə elan edib.
  • 1918 — Azərbaycan Xalq Cümhuriyyətininparlamenti fəaliyyətə başlamışdır.
  • 1922 — Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayəti Mərkəzi İcraiyyə Komitəsi (DQMV MİK) seçilib.
  • 1934 — Rusiyada Kirov, Omsk, Orenburq və Krasnoyarsk diyarları təşkil olunub.
  • 1941 — Yaponiya ABŞ-ın Havay adalarındakı "Pörl Harbor" bazasını, Filippin adalarını və Britaniya Malayziyasını bombardman edib (Asiya qitəsində 8 dekabr).
  • 1953 — İsrailin dövlət başçısı David Ben Qurion istefa verib.
  • 1966 — Suriya kral Hüseynin İordaniya taxt-tacından salınmasını tələb edib.
  • 1972 — Aya uçan sonuncu amerikan kosmik gəmisi "Apollon 17" fəzaya buraxılıb.
  • 1975 — İndoneziya ordusu Portuqaliyanın müstəmləkəçiliyindən yeni müstəqillik qazanmış Şərqi Timoru özünə birləşdirib. Lissabon Cakarta ilə əlaqələri kəsib.
  • 1977 — Misir Yaxın Şərqdə onun sülh təşəbbüsünə qarşı çıxan kommunistlərə cavab olaraq SSRİ, Almaniya Demokratik Respublikası, Macarıstan və Çexoslovakiyadamədəniyyət mərkəzlərini bağlayıb.
  • 1984 — BMT-nin üzvü olan ölkələr SSRİ-nin dövlət terrorizmini pisləyən qətnamə qəbul edib.
  • 1985 — Terrorçular Parisdə mağazalar şəbəkəsində 41 nəfərin ölümünə səbəb olan partlayışlar törədiblər.
  • 1988 — Ermənistanın şimalında baş verən güclü zəlzələ nəticəsində Leninakan, Kirovakan və Spitak şəhərləri yerlə yeksan olub. Rəsmi mənbələrə görə ölənlərin sayı 25 000 nəfəri keçib (məlumatlar ziddiyyətlidir). Təbii fəlakət zonasına ilk kömək Azərbaycandan gəlib.
  • 1989 — Litva parlamenti çoxpartiyalılığa icazə vermək üçün Konstitusiyaya düzəliş edib.
  • 1996 — "Kolumbiya" kosmik gəmisi 17 gün, 15 saat, 54 saniyəlik rekordla 11,2 milyon kilometr məsafə qət etdikdən sonra Floridada yerə enib.
  • 1993 — Pentaqon Nevadada xəbərdarlıqsız 204 atom sınağı keçirildiyini bəyan edib.
  • 2002 — Türkiyə Gözəli Azra Akın LondondaDünya Gözəli seçilib.

 

Doğumlar

  • 1928 — Avraam Noam Homski – Amerikalı dilçi.

 

Ölümlər

  • E.ə. 43 — Siseron – Roma mütəfəkkiri.
  • 1067 — Şeyx Tusi
  • 1956 – Rəşad Nuri Güntəkin – Türk roman yazıçısı
  • Seyidov Elman.

Xəbər lenti