Logo

Turizm sahəsi üzrə ixtisaslı kadrların yetişdirilməsi məqsədilə qısamüddətli təlimlər təşkil ediləcək

13.12.2021 13:35 422 baxış
IMG

Peşə Təhsili üzrə Dövlət Agentliyi və Dövlət Turizm Agentliyinin birgə əməkdaşlığı çərçivəsində turizm sahəsi üzrə ixtisaslı kadrların yetişdirilməsi məqsədilə qısamüddətli təlimlər keçiriləcək.

Təlimlər Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən turizm sahəsində fəaliyyət göstərən müəssisələrlə birgə əməkdaşlıq şəraitində təşkil ediləcəkdir. Təlimlərin əsas məqsədi qısa müddət ərzində turizm və xidmət sahəsində bilik və bacarıqların artırılması yolu ilə vətəndaşların məşğulluq imkanlarının genişləndirilməsindən ibarətdir.  

İlkin mərhələ olaraq hoteldə təmizlik xidməti, ofisiant və barista istiqamətləri üzrə təlimlərin keçirilməsi planlaşdırılır. Təlimlərə hotelçilik və xidmət sahəsində işləməyə həvəsi olan şəxslər müraciət edə bilər. Müraciətlərin qəbulu 10 yanvar 2022-ci il tarixinədək elektron ərizə forması üzərindən həyata keçiriləcəkdir.

Qeyd edək ki, təlimlər əmək bazarının ehtiyaclarına uyğun hazırlanıb. Bakı şəhərində təşkil ediləcək təlimlərin növbəti mərhələdə regionları da əhatə edəcəyi nəzərdə tutulur.P

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə həyata keçirilən digər qısamüddətli təlimlər barədə məlumatlar Peşə Təhsili üzrə Dövlət Agentliyinin sosial media səhifələri üzərində geniş ictimaiyyət ilə bölüşülməkdədir.

Xəbər lenti