Logo

Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib

13.12.2021 12:17 314 baxış
IMG

Tanınmış idman mütəxəssisi, Əməkdar bədən tərbiyəsi və idman xadimi Camal Yaqubov dekabrın 13-də, 89 yaşında vəfat edib.

Camal Cəlal oğlu Yaqubov 1932-ci il dekabrın 10-da Gəncə şəhərində anadan olub.

Güləş üzrə SSRİ çempionatının bürünc mükafatçısı olub. “İdman ustası”, “Respublikanın və SSRİ-nin maarif əlaçısı”, “Fəxri bədən tərbiyəsi və idman işçisi” fəxri adlarına layiq görülüb.

1975-1980-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Güləşmə və onun metodikası” kafedrasının müdiri, 1981-1986-cı illərdə idman fakultəsinin dekanı, 1987-1992-ci illərdə isə idman işləri üzrə prorektoru vəzifələrində çalışıb. Uzun müddət Akademiyanın “Güləşmə və onun metodikası” kafedrasının dosenti olub.

30 ildən artıq elmi-pedoqoji fəaliyyəti, idman və tədris işləri üzrə təşkilatçı, Güləş federasiyasının üzvü. Azərbaycan Milli İdman Növləri Assosiasiyası İcraiyyə Komitəsinin üzvü olub.

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2010-cu il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Camal Yaqubovun əziz xatirəsi idman ictamiyyətinin və onu tanıyanların qəlbində daim yaşayacaq.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbərliyi və kollektivi Camal Yaqubovun vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Xəbər lenti