Logo

Ədəbiyyat fənni üzrə 5-7-ci və 8-9-cu siniflərə aid qiymətləndirmə tapşırıqları kitabları nəşr olunub

13.12.2021 11:56 1034 baxış
IMG

İlk dəfə olaraq ədəbiyyat fənni üzrə 5-7-ci və 8-9-cu siniflərə aid qiymətləndirmə tapşırıqları kitabları nəşr olunub.

Məktəblilər, abituriyentlər və müəllimlər üçün nəzərdə tutulan bu kitablar hazırki tədris proqramına və fənn kurikulumlarına uyğun tərtib edildiyi üçün idrakyönümlü, məntiqi, nəzəri bilik və bacarıqları yoxlamağa imkan verir.

Vəsaitlərdən ümumi təhsil müəssisələrində qiymətləndirmə vasitəsi kimi, həmçinin pedaqoji yönümlü ali təhsil müəssisələrində və müəllimlər üçün təlim kurslarında metodiki material kimi istifadə oluna bilər. Kitablarda olan tapşırıqlarla tədris prosesində diaqnostik, formativ və summativ qiymətləndirmə aparmaq mümkündür.

Kitabları "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Xəbər lenti