Logo

Polis Biləsuvar məktəbliləri ilə maarifləndirici görüş keçirib

11.12.2021 17:11 723 baxış
IMG

Biləsuvar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Xırmandalı kənd 2 nömrəli tam orta məktəbində “Narkomaniya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Əvvəlcə tədbir iştirakçıları narkotik vasitələrin səbəb olduğu fəsadlar və dağıdıcı təsirlər barədə videoçarxı izləyiblər. Çıxış edən Biləsuvar RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Qoşqar Kazımov bu gün Respublikamızda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizədən və əldə olunan nəticələrdən bəhs edib. Əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni effektiv şəkildə təmin etmək məqsədilə bu cür maarifləndirmə tədbirlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirib. Diqqətə çatdırıb ki, hər kəs gənc nəslin sağlam böyüməsinə, valideynlərinin etimadını doğrultmasına, Vətənə layiqli övlad kimi yetişməsinə çalışmalıdır. 

Daha sonra çıxış edən Biləsuvar Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin əməkdaşları və digərləri erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən danışıblar. Erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu bir daha diqqətə çatdırılıb
 
Son tədbir iştirakçılarının sualları cavablandırılıb

Xəbər lenti