Logo

Cəlilabadda məktəb direktorları ilə görüş keçirilib

10.12.2021 14:02 799 baxış
IMG

Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı ümumtəhsil müəssisələrinin direktorları ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilən islahatlardan, qazanılan uğurlardan danışıb. Bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs sayəsində bu gün Azərbaycan regionun liderinə çevrilib. Müxtəlif sahələrdə həyata keçirilən islahatlar öz bəhrəsini verir. Prezident İlham Əliyev digər sahələrlə yanaşı təhsilin inkişafına, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirir.

Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov ümumtəhsil müəssisələrindəki neqativ halların qısa zamanda aradan qaldırılması barədə məktəb direktorlarına tapşırıqlar verib.

Xəbər lenti