Logo

Bakı Ali Neft Məktəbində Spartakiada çərçivəsində üzgüçülük yarışlarına başlandı

09.12.2021 21:32 385 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) 10 illik yubileyinə həsr olunmuş Spartakiada çərçivəsində tələbələrin üzgüçülük yarışlarına start verilib.

Tehsil.biz xəbər verir ki, yarışın açılışında çıxış edən BANM-ın rektoru Elmar Qasımov yarış iştirakçılarına uğurlar arzulayaraq digər idman növlərində olduğu kimi, üzgüçülükdə də maraqlı mübarizə aparılacağına inandığını bildirib. Rektor Ali Məktəbdə idmanın inkişafına xüsusi əhəmiyyət verildiyini, tələbələrin idman bacarıqlarını inkişaf etdirmək üçün hər cür lazımi şərait yaradıldığını vurğulayaraq əlavə edib ki, üzgüçülük üçün də ən müasir standartlara cavab verən hovuz mövcuddur. 

Ali Məktəbin üzgüçülük hovuzunda keçirilən üzgüçülük yarışları bir neçə mərhələdən ibarət olacaq. İlk gündə Neft-qaz mühəndisliyi ixtisasının III kurs tələbəsi Yusif Abbasov yüksək nəticə göstərib. Yarışlar BANM-ın Bədən tərbiyəsi kafedrasının müəllimi, su polosu üzrə idman ustası Pyotr Kuvşinovun nəzarəti altında keçirilir.

Xəbər lenti