Logo

BŞTİ: Daha bir təhsil müəssisəsi əyani tədrisə qayıtdı

09.12.2021 12:59 788 baxış
IMG

Paytaxtdakı Məktəb-Lisey Kompleksində əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Tehsil.biz"ə bildirilib ki, təhsil ocağının kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Xəbər lenti