Logo

“Mənimlə danış” adlı seminar keçirilib

09.12.2021 12:55 777 baxış
IMG

İmişli şəhər 5 nömrəli məktəb-liseydə X - XI sinif şagirdləri ilə “Bullinqlə mübarizə” mövzusunda “Mənimlə danış” adlı seminar keçirilib.
 
Məqsəd şagirdlərə bullinq davranışı haqqında məlumat vermək və bullinqlə mübarizə aparmağın yollarını izah etməkdən ibarət olub. 

Əvvəlcə məktəbin psixoloqu Taciyəxanən İmanova bullinq nədir, bullinq davranışı ilə bağlı şagirdləri məlumat verib. Daha sonra bullinqlə bağlı vidoçarx nümayiş olunub. 

Sonra məktəbin direktoru Validə Zülfüqarova uşaqların ailələrdə fiziki və emosional zorakılığa məruz qalmaları, ailələdə uşaqların hüquqlarının pozulmalrı, bəzi ailələrdə cismani cəza olaraq uşaqların döyülməsi, ailələrdə uşaqlara etinadsızlıq göstərilməsi, qız uşaqlarının erkən yaşda təhsildən ayrılıb ailə qurmağa məcbur edilməsindən danışıb. 

Xəbər lenti