Logo

"Təhsil sistemində diqqətdən kənarda qalan pillələrdən biri peşə təhsilidir" - Millət vəkili

08.12.2021 13:01 350 baxış
IMG

"Təhsil sistemində diqqətdən kənarda qalan pillələrdən biri peşə təhsilidir və buradakı maxinasiyaların həddi-hüdudu yoxdur".

Tehsil.biz xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev bildirib.

Peşə Təhsili Dövlət Agentliyinin maliyyə-təsərrüfat fəaliyyətinin Hesablama Palatası tərəfindən  yoxlanılması ictimai-sosial-siyasi zərurətdir deyən millət vəkili bununla bağlı bir neçə təklif irəli sürüb:

" - Dövlətin bu sahənin saxlanılması və inkişafına ayırdığı on milyonlarla manat  vəsaitin sərfiyyat istiqamətləri dəqiqləşdirilsin
   - Mal-materialın faktiki mövcudluğu ilə bağlı inventarizasiya aparılsın 
 -  Torpaq sahələri və əmlakın sənədlərə uyğun varlığı yoxlanılsın 
  - Yanacaq və sürtgü yağlarının, təmir və təcrübə materiallarının müəssisələrə faktiki verilmə vəziyyəti araşdırılsın
  - Peşə təhsili müəssisələri şagirdlərinə dövlət tərəfindən ayrılan təqaüdlərin verilməsində şəffaflıq müəyyənləşdirilsin
   - Peşə təhsili müəssisələrində istehsal olunan məhsulların satışından əldə olunmuş vəsaitlərin sonrakı taleyi müəyyənləşdirilsin 
   - Əkilən torpaqların istifadəsinim qanunvericiliyə uyğunluğuna aydınlıq gətirilsin 
Bununla belə:
   -  kadrların təyinat meyarları üzrə ixtisas  uyğunluğu yoxlanılmalıdır. 
- bir şəxsin bir neçə müəssisəyə rəhbərlik etməsinin qaranlıq məqsədlərinə aydınlıq gətirilsin.  
- Son aylarda həbs olunmuş peşə təhsili müəssisələrinin rəhbərləri ilə ortaq məsuliyyət daşıyan, lakin məsuliyyətdən kənarda qalan şəxslərin dairəsi müəyyənləşdirilsin".

Fəqan Əzimli

Xəbər lenti