Logo

“Postsovet ölkələrdə idarəetmə: inkişaf və çağırışlar”

08.12.2021 11:07 414 baxış
IMG

2021-ci il 7 dekabr tarixində Qətərin paytaxtı Doha şəhərində Yaxın Şərq Dövlət Siyasəti və İdarəetmə Assosiasiyasının 10-cu konfransı çərçivəsində (AMEPPA) Dövlət Qulluğu üzrə Astana Regional Xabın (Xab) “Postsovet ölkələrdə idarəetmə: inkişaf və çağırışlar” mövzusunda onlayn panel sessiyası təşkil edilib.

Panel sessiyanın əsas məqsədi postsovet ölkələrinin idarəetmə sistemində əldə etdiyi nailiyyətlərin təhlil edilməsi, üzləşdiyi çətinliklərin müəyyən edilməsi, həmçinin gələcək inkişaf üçün perspektivlərin dəyərləndirilməsi olub.

Sessiyada çıxış edən DİM-in Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın əsas inkişaf istiqamətləri və fəaliyyət planlarında əks olunan tədbirlər haqqında məlumat verib. Sədr müavini Azərbaycan Respublikasında dövlət qulluğu sisteminin yaradılması və təkmilləşdirilməsində beynəlxalq təcrübənin mühüm rolunu vurğulayaraq, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı, SIGMA proqramı, Tvinninq çərçivəsində görülmüş işlər və Xab ilə əməkdaşlıq barədə tədbir iştirakçılarını məlumatlandırıb. B.Xəlilov çıxışının sonunda Ermənistanın işğalından azad olunmuş ərazilərdə bərpa işlərin aparılması, qaçqın və məcburi köçkünlərin öz yerlərinə qaytarılması istiqamətində dövlət idarəçiliyinin üzərinə düşən rolun əhəmiyyətini qeyd edib.

Xəbər lenti