Logo

Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib

05.12.2020 12:19 591 baxış
IMG

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “Dərs vaxtı” proqramı dekabrın 4-nə olan cədvələ uyğun yayımlanıb.
 

 

Agentlikdən Tehsil.biz bildirilib ki, proqramda avtomatika üzrə usta, kompüter operatoru, dizayner, avtomobillərin təmiri çilingəri və avtomobil sürücüsü, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, heyvandarlıq mütəxəssisi, turizm sahəsində iaşə üzrə mütəxəssis, geyim üzrə dizayner ixtisasları üzrə dərslər təqdim olunub.

 

 

Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi “YouTube” (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, “Facebook” (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

Xəbər lenti