Logo

Turizm tələbələri üçün növbəti ekskursiya təşkil olunub

07.12.2021 09:41 99 baxış
IMG

Azərbaycan Universitetinin turizm işinin təşkili və turizm bələdçiliyi ixtisasları üzrə təhsil alan tələbələri üçün auditoriyadan kənar dərslər çərçivəsində “Atəşgah Məbədi” və “Qala Arxeloji-Etnoqrafik muzeyi” kompleksinə ekskursiya təşkil olunub. Ekskursiyanın məqsədi bəhsi keçən tarixi-turizm obyektləri ilə yaxından tanış olmaqla tələbələrin dərs zamanı əldə etdikləri nəzəri biliklərin praktikada tətbiq olunmasıdır.

Tələbələr ilk olaraq Suraxanı rayonu ərazisində yerləşən “Atəşgah Məbədi” ilə tanış olublar. Burada tələbələrə bu qədim abidənin tarixi haqqında ətraflı məlumat verilib. Ekskursiya daha sonra “Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi”ndə davam edib. Muzey bələdçisinin komplekslə bağlı verdiyi məlumatlar tələbələrin böyük marağına səbəb olub.  

Ekskursiya maliyyə və iqtisadiyyat kafedrasının müdiri, dosent Nəriman Böyükkişinin rəhbərliyi, turizm üzrə ixtisas müəllimləri Nizami Hüseynov və Fərid Əhmədlinin iştirakı ilə təşkil olunub. Ekskursiya zamanı turizm sahəsi üzrə zəngin təcrübəyə malik, universitetin magistratura II kurs tələbəsi Ülvi Süleymani öz təcrübə və biliklərini tələbələr ilə bölüşüb.        

Xəbər lenti