Logo

“ComplexCore+” şirkəti ASAPES-də reabilitasiya üzrə növbəti təlimləri keçirir

06.12.2021 21:58 101 baxış
IMG

Fizioterapiya, reabilitasiya və idman sahəsində beynəlxalq səviyyədə tanınmış Avstriyanın “ComplexCore+“ şirkətinin baş əməliyyat və baş maliyyə direktoru Tomas Taro Netzer dekabrın 6-dan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) səfərdədir. 

Tehsil.biz xəbər verir ki, səfərin ilk günündə Tomas Taro Netzer “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası üzrə bakalavriat səviyyəsinin, o cümlədən SABAH qrupları modeli əsasında Akademiyanın pilot qrupunun tələbələri üçün “Əzələ funksiyasının qiymətləndirilməsi” mövzusunda praktiki təlim keçirib. Bu təlim “ComplexCore+” şirkətinin bundan öncəki səfər zamanı tələbələrə keçdiyi təlimin davamı olmaqla tələbələrin əldə etmiş olduqları bilik və bacarıqların möhkəmləndirilməsinə yönəlib. 

Qeyd edək ki, səfər zamanı Tomas Taro Netzer Akademiyanın tələbələri ilə yanaşı, Elmi-tədris laboratoriyasının əməkdaşlarına təlimlər keçəcək.

O, həmçinin Elmi-tədris laboratoriyasının işçi heyəti tərəfindən həyata keçirilən idmançıların və qazilərin müayinəsində və bərpa müalicəsində konsultativ xidməti göstərəcək.

Xəbər lenti