1. Ç.Dikkens – İki şəhərin hekayəti
İki şəhərin hekayəsi və iki insanın qeyri-adi taleyi sizi mütəəssir edəcək.

2. C.M.Kutzee – Maykıl K-nın həyatı və zəmanəsi
Adi insanların baş qəhrəman olduğu, həyat kimi bir kitab.

3. V.Hüqo - Səfillər
Böyük bir əsrin bədii fikri tarixini zənginləşdirən kitab.

4. L.Tolstoy - Hərb və Sülh
Bu kitabda hər şey var: sosial-fəlsəfi məzmun, xüsusi bədii dil, özünəməxsus təhkiyə üslubu, kompozisiyanın müxtəlifliliyi, psixoloji təhlilin dərinliyi, insan xarakterlərinin dolğunluğu və s.

5. C.London - Martin İden
Kiçik insanların böyük arzular arxasınca irəliləməyi. Bu kitabı hər kəs oxumaldır.

6. Ahmet Hamdi Tanpınar - Saatları qurma institutu
Cəmiyyətdə baş verən proseslərə özünəməxsus tərzdə yanaşan bir kitab. Fərd və kütlə fərqi.

8. H.Murakami- Norveç meşəsi
Yeniyetməlik illərinin şirin xatirələri və mübhəm mövzuların qəribəliyi.

9. Calvino – Əgər qış gecəsi bir yolçu
İnsanın var olmayan bir romanın ardınca bitmək bilməyən yürüşü. Ədəbiyyat və həyat sevgisini birləşdirən mükəmməl roman.

10. Llosa – Yaşıl ev
Bir ailənin içinə bir neçə mədəniyyəti sığışdırmaq və bunu ustalıqla bacarmaq. Sizin dünyagörüşünüzü dəyişdirəcək kitab.

Azərbaycan ədəbiyyatı
1. Y.V.Çəmənzəminli – Studentlər
Tələbələrin içindəki inqilabi ruhun poetik sərlövhəsi.

2. M.S.Ordubadi – Dumanlı Təbriz
Keçən əsrdəki Şərqin həyatı və tarixi haqqında böyük bir portret.

3. Mirzə İbrahimov – Pərvanə
N.Nərimanovun simasında Azərbaycan xalqının Rusiya tərkibinə daxil olduqdan sonrakı taleyi haqqında.

4. İsmayıl Şıxlı – Dəli kür
Mürəkkəb tarixi proseslərin Azərbaycan xalqının həyatında əmələ gətirdiyi əsaslı dəyişiklikləri realistcəsinə göstərən bir əsər.

5. İsa Hüseynov – Məhşər
Nəsimini ən çox hiss edəcəyiniz və onun ağrılarını canınızda duyacağanız mükəmməl bir roman.
_1638796793.jpg)
6. Y.Səmədoğlu – Qətl günü
Zamanları bir-birinə qarışdıran və modenr qurğu ilə dünyaya baxan ən yaxşı Azərbaycan romanı.

7. Anar – Beş mərtəbəli evin altıncı mərtəbəsi
İmkansız sevgi, cəmiyyətin dəyişməz qanunları, bərkimiş qəliblər və s.

8. Elçin – Ölüm hökmü
Beyinlərinə ideologiya yerləşdirilən və bunun əzabını çəkən darmadağın olunmuş cəmiyyətin portreti.

9. Sabir Əhmədli – Dünyanın arşını
Duyğular, fəlsəfi düşüncələr, dünya və bəşəriyyət haqqında hüznlü fikirlər toplusu.

10. Seymur Baycan – Quqark
Həyat hadisələri ilə zəngin bir müasir roman.

Kulis.az