Logo

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələri “YARAT” Müasir İncəsənət Mərkəzini ziyarət ediblər

06.12.2021 15:40 108 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələrinin “YARAT” Müasir İncəsənət Mərkəzinə ekskursiyası təşkil olunub.

Ekskursiya zamanı tələbələrə 2015-ci ilin mart ayından fəaliyyət göstərən Mərkəz haqında məlumatlar verilib, Mərkəzin yalnız Azərbaycanda deyil, regionda müasir incəsənətin inkişafına töhfələr verdiyi diqqətə çatdırılıb.

Tələbələr Mərkəzdə rəssam Rəşad Ələkbərovun eksperiment çərçivəsindən kənara çıxmış multidistiplinar fərdi sərgisi ilə tanış olublar. Rəssamın modern tərzdə təqdim edilən sərgisi tələbələrin xüsusi marağına səbəb olub, onlar sərgi labirintində iştirak edib və öz fikirlərini qeyd edərək sərginin bələdçisi ilə disskusiya aparıblar. Ekskurisya tələbələrdə böyük təəssürat yaradıb.

Xəbər lenti