Logo

Fransa məktəblərində qısnama cinayət sayılacaq və 10 ilə qədər həbs cəzası veriləcək

06.12.2021 15:06 108 baxış
IMG

Fransa parlamenti son illərdə faciəvi qısnama hallarının xəbər başlıqlarına çevrilməsindən sonra yeni qanun layihəsini səsverməyə çıxarıb.

Prezident Emmanuel Makronun hakim koalisiyasından əksəriyyətin dəstəklədiyi yeni qanun məktəb və universitetlərdə uşaqlara və böyüklərə şamil ediləcək.

Yeni qanun üç ilə qədər həbs cəzası və 45.000 avroya qədər cərimə nəzərdə tutur.

Qısnama qurbanı özünü öldürərsə, cəza 10 ilə qədər, cərimə isə 150.000 avroya qədər artırıla bilər.

Xəbər lenti