Logo

Pedaqoji Universitetdə "İki dövrün lideri" adlı anım tədbiri keçirilib

06.12.2021 14:50 94 baxış
IMG

Dekabrın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə "İki dövrün lideri" adlı tədbir keçirilib. 

Mərkəzin baş mütəxəssisi Aytən Daşdəmirovanın tədbiri açıq elan etməsindən sonra  ulu öndərin və Vətən yolunda canlarını fəda etmiş müqəddəs şəhidlərimizun əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. 

Universitetin rektoru professor Cəfər Cəfərov giriş nitqi ilə çıxış edərək bildirib ki, bəşər tarixinin nadir dühalarından olan Heydər Əliyevin fenomenal şəxsiyyəti sübuta ehtiyacı olmayan bir həqiqət kimi Azərbaycanın keçmişinə və gələcəyinə işıq saçır. Onun gördüyü işlər illər sonra, bu gün qazandığımız tarixi zəfərlərdə öz nəticəsini göstərir. 

90-cı illərdə Azərbaycanı  parçalanmaqdan xilas edərək ölkəni yeni iqtisadi səviyyəyə qalxdıran ümummilli liderin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsi idi. Bu müqəddəs missiyanı isə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerinə yetirdi. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan ordusu erməni işğalı altındakı torpaqlarımızı cəmi 44 günə azad elədi. Budur uzaqgörən, düşünülmüş siyasətin nəticəsi! 
Universitetin Heydər Əliyev Mərkəzinin müdiri Tahir Süleymanov "Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi", professor Xaqani Məmmədov "Heydər Əliyevin rəhbərliyi illərində Azərbaycanda təhsilin inkişafı", Tələbə Gənclər Təşkilatının sədri İsmayıl Nəsirov "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzularında çıxışlar ediblər. 

Tədbirin bədii hissəsində Heydər Əliyevin həyatını əks etdirən sənədli film və videoçarxlar nümayiş olunub, Tarix və coğrafiya fakültəsinin tələbələri - Ülya Ağazadə və Röya Qurbanovanın ifasında xalq şairi Zəlimxan Yaqubun "Böyük ömrün dastanı" poemasından parçalar səsləndirilib.

Xəbər lenti