Logo

Ucarda 11 yaşlı oğlanın qardaşını öldürməsinin TƏFƏRRÜATI - VİDEO

06.12.2021 11:01 343 baxış
IMG

Dekabrın 5-də Ucarda baş verən ailə faciəsinin bəzi təfərrüatı məlum olub.

Baku TV xəbər verir ki, ata Tofiq Abbasov təsərrüfat işləri ilə məşğul olduğu üçün çox vaxt evdən uzaqda qalıb.

Bu həftəsonu T.Abbasovun ortancıl oğlu Pünhan və böyük oğlu Saleh evdən xəbərsiz atalarını görməyə gediblər. Onlar məktəbə getdikləri üçün dekabrın 5-i saat 16:00-da evə qayıtmağı nəzərdə tutublar. Qardaşlar atalarının yanına getdikdən sonra, orada olan ov tüfəngi ilə oynamağa başlayıblar. Tüfəng boş olsa da, qardaşlar patronları taparaq silahı doldurublar. 

Tüfəng 11 yaşlı kiçik qardaşda olan zaman ehtiyatsızlıqdan 14 yaşlı Saleh Abbasovun kürək nahiyəsinə atəş açıb. S.Abbasovu xəstəxanaya apararkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, Abbasovlar ailəsinin dörd oğlan övladı olub.

Bildirək ki, dünən Ucar rayon Alpout kənd sakini, 2010-cu il təvəllüdlü Pünhan Tofiq oğlu Abbasovun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşlə qardaşı, 2007-ci il təvəllüdlü Saleh Tofiq oğlu Abbasovu öldürüb.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır. 

Xəbər lenti