Logo

İsveçdə azərbaycanlı tələbə və məzunların görüşü olub

06.12.2021 09:50 107 baxış
IMG

İsveçdə təhsil alan azərbaycanlı tələbələrin və məzunların Stokholm şəhərində görüşü olub.

Tehsil.biz xəbər verir ki, İsveçin Azərbaycanlı Tələbələri və Məzunları təşkilatı tərəfindən Azərbaycanın İsveç Krallığındakı səfirliyinin dəstəyi ilə keçirilən tədbirdə bu ölkənin 8 şəhərindən 30-dan çox azərbaycanlı tələbə və məzun iştirak edib.

Tələbələr arasında tanışlıq, əlaqə qurma və birgə fəaliyyət məsələlərinə toxunulan tədbirdə müxtəlif sahələr ilə bağlı fikir mübadiləsi aparılıb.

Nahar ziyafəti ilə başlanan tədbir, daha sonra Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyində davam edib.

Səfir Zaur Əhmədov həyata keçirilən layihələr və ikitərəfli əlaqələrin inkişafı ilə bağlı qarşıya qoyulan məqsədlər haqqında söz açıb. O, Azərbaycanla İsveç arasında humanitar-mədəni və təhsil sahələrində əlaqələrin inkişafı və təkliflərə dəstək vermək üçün səfirliyin tələbələrlə birgə işləməyə hazır olduğunu vurğulayıb. Tələbələrimizi təşkilatlanmağa, Azərbaycanın milli maraqları üçün daha aktiv fəaliyyət göstərməyə çağıran səfir, onların İsveçdə yiyələndiyi biliklərin ölkəmizin gələcək inkişafı üçün əhəmiyyətini də diqqətə çatdırıb.

Görüş əsnasında tələbələrimiz üçün maraq kəsb edən digər mövzular ilə bağlı geniş müzakirə aparılıb.

Azərtac

Xəbər lenti