Logo

"Fəal təlim metodlarından istifadə" adlı interaktiv dərs keçirilib

05.12.2021 21:28 103 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Ədəbiyyat və dillər kafedrasının baş müəllimi, Bakı Avrasiya Universitetinin doktorantı Nuranə Allahverdiyevanın rəhbərliyi altında İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi metodikası-3 fənnindən İBT 2001B qrupu ilə "Fəal təlim metodlarından istifadə"adlı interaktiv dərs baş tutmuşdur.

Dərsi təşkil etməkdə məqsəd nəzəriyyə ilə təcrübənin uzaq düşdüyü zamanda metodika dərslərində tələbələrin təlim metodlarını nəzəri bilməsi ilə yanaşı, həmin metodları ibtidai sinif dərsliklərindəki mətnlər üzərində işlənməsi bacarıqlarını inkişaf etdirmək, nəzəriyyə ilə təcrübənin birlikdə daha yaxşı nəticə verəcəyini göstərmək idi. Əgər tədqiqat üsullarından danışır, onun necə qurulmasından, haqqında geniş səpkidə nəzəri fikirləri oxuyur və onu əməli olaraq  ictimai həyata tətbiq etmiriksə, onda bizim oxuduqlarımız nəzəriyyə olaraq qalır. Çalışmaq lazımdır ki, belə dərslərdə nəzəriyyəni praktikaya çevirək.

Bu məqsədlə tələbələr, interaktiv dərs müddətində "Fera", "Göyərçin", "Zəfər", "Xəzər" adlı komandalara bölünmüş və komandalar müvafiq olaraq mövzu üzrə  təqdimat metodu, rollu oyunlar, anlayışın çıxarılması, venn diaqramı, akvarium, söz assosiasiyaları, rollu oyunlar metodu vasitəsi ilə Qaraca qız və Ağca xanım obrazlarının  canlandırılması, BİBÖ metodundan istifadə edərək "Əlifbamız" adlı interaktiv dərs nümunəsi hazırlamışdılar.

Sonda tapşırıqlar verilərək qiymətləndirilmə aparılmışdır.

Xəbər lenti