Logo

Lənkəranda evdə qaz sızması nəticəsində partlayış olub, 14 yaşlı şagird xəsarət alıb - FOTO

04.12.2021 23:20 821 baxış
IMG

Lənkəranda evdə qaz sızması nəticəsində partlayış baş verib.

"Tehsil.biz"in məlumatına görə, hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran Şəhər Xarici Dillər Təmayüllü Gimnaziyanın şagirdi 2007-ci il təvəllüdlü Orxan Əskərov hamam otağına daxil olduqdan sonra işığı yandıran zaman partlayış olub. Hadisə nəticəsində O. Əsgərov ağır dərəcəli yanıq xəsarətləri alıb.

Yeniyetməyə ilkin tibbi-yardım göstərildikdən sonra təcili-tibbi yardım vasitəsi ilə Bakı şəhərinə gətirilərək 5 saylı Şəhər Kliniki Xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib. (Apa)

Xəbər lenti