Logo

Macarıstanda doktorantura təhsili almaq üçün Azərbaycan vətəndaşlarına 25 təqaüd ayrılıb

04.12.2021 14:51 120 baxış
IMG

Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında yanvarın 6-da imzalanmış 2021-2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində Macarıstanda 2022-2023-cü tədris ili üçün təqaüd proqramına sənəd qəbulu davam edir.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Macarıstan tərəfindən 200 nəfər Azərbaycan vətəndaşı üçün çərçivə əsasında təqaüd ayrılacağı nəzərdə tutulub. Təqaüd proqramı kənd təsərrüfatı, su idarəetməsi, təbiət elmləri, davamlı inkişaf, turizm, səhiyyə elmləri, beynəlxalq münasibətlər, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar, iqtisadiyyat, biznes və idarəetmə elmlərini əhatə edir. Eyni zamanda, istənilən maraq dairəsi üzrə doktorantura təhsili üçün 25 təqaüd ayrılıb.

Sənəd qəbulu 2022-ci il yanvarın 15-i saat 23:59-a kimi aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin yekun qərarının 2022-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.

Proqram çərçivəsində əlavə məlumatIarla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.

Xəbər lenti