Logo

Respublika Fənn Olimpiadalarının məktəb turu keçirilib

04.12.2021 14:39 160 baxış
IMG

04 dekabr 2021-ci il tarixində Qarabörk kənd tam orta məktəbdə Ucar Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərində təhsil alan  8-11-ci sinif şagirdləri arasında mərkəzləşmiş qaydada Respublika Fənn Olimpiadalarının məktəb turu keçirilmişdir.

Karantin  qaydalarına əməl edilərək keçirilən müsabiqədə şagirdlərə Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika,kimya, biologiya, coğrafiya,tarix fənləri üzrə suallar təqdim olunmuşdur.

Müsabiqənin keçirilməsində məqsəd xüsusi istedadı ilə seçilən şagirdləri aşkara çıxarmaqdan ibarət olmuşdur.Məktəb mərhələsində iştirak edən şagirdlər arasında fərqlənənlər Respublika Fənn Olimpiadasının rayon mərhələsində iştirakı təmin ediləcəkdir.

Xəbər lenti