Logo

BDU-nun Psixoloji Yardım Sektoru fokus qrup təlimləri keçirir

04.12.2021 10:56 385 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji Yardım Sektoru tələbələr üçün fokus qrup görüşləri keçirir.

Fokus qrupların keçirilməsində məqsəd tələbələr üçün aktual olan mövzuları öyrənmək və bu mövzuları nəzərə alaraq təbliğat və təlimlər aparmaqdır. Qrup üzvləri görüş zamanı tələbələr üçün aktual mövzuları müxtəlif aspektlərdən müzakirə edirlər.

Qeyd edək ki, fokus qrupda əsas məqsəd iştirakçıların mövzu barədə rəylərini və məsələlərə baxışlarını kollektiv müzakirə mühitində öyrənməkdir. Tədqiqatçıya lazım olan informasiya iştirakçıların qarşılıqlı müzakirə və söhbəti əsasında əldə edilir. Fokus qrup insanların şəxsi fikir, təcrübə, rəy, narahatlıq və arzularını öyrənmək üçün faydalı tədqiqat metodudur. Burada respondentlərin birbaşa iştirakı ilə tədqiqatçı tərəfindən müəyyən edilmiş spesifik mövzular qrup halında müzakirə olunur.

BDU-nun Psixoloji Yardım Sektoru tərəfindən növbəti fokus qrup müzakirələri 06-10 dekabr tarixlərində "Valideyn-övlad", "Tələbələrin adaptasiya dövrü" mövzuları üzrə aparılacaq.

Təlimlərə qatılmaq üçün Psixolojı Yardım Sektorunun +994 (77) 304 24 48 whatsapp nömrəsinə müraciət edə bilərsiniz.

Xəbər lenti