Logo

Turizm və Menecment Universitetində pandemiya dövründə sağlamlıq turizminə həsr olunan seminar təşkil edilib

04.12.2021 10:44 94 baxış
IMG

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm biznesi kafedrasında fəaliyyət göstərən “Qarabağ turizm dərnəyi”ndə onlayn elmi-praktik seminar keçirilib.

Bu barədə ATMU-dan məlumat verilib. Bildirilib ki, seminarda çıxış edən Turizm biznesi kafedrasının müdiri dosent Hafiz Hüseynov pandemiya dövründə sağlamlıq turizminin dinamik inkişafını ləngidən problemlər olduğunu söyləyib.

“Məhz dövlətimiz tərəfindən icrası zəruri sayılan tədbirlər bizə imkan verdi ki, həyatımızın önəmli sahələrindən sayılan sağlamlıq turizminin bərpası və səmərəli fəaliyyət sferası bizdən ötrü də əlçatan olsun”, - deyə H.Hüseynov qeyd edib.

Tədbirdə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev “Pandemiya dövründə sağlamlıq turizminin inkişaf tendensiyası və problemləri: 4 problem, 4 həll” mövzusunda çıxış edib. O, müasir şəraitdə sağlamlıq turizminin inkişaf tendensiyası, pandemiya dövründə mövcud problemlər və postpandemiya dövründə sağlamlıq turizminin inkişaf modellərindən bəhs edib.

R.Quliyev sağlamlıq turizminin inkışafında nəsillərarası bölgünün aradan qaldırılması, termal turizmlə “spa-wellness” turizminin sinxron inkişaf etdirilməsi, onların iki məhsul və vahid bazarda realizə olunması mexanizmləri, sağlamlıq turizminin 8 altseqmentinin müəyyənləşdirilməsi, eyni zamanda, Azərbaycan turizm destinasiyasında səmərəli tətbiqini şərtləndirən səbəb və sair məsələlərə aydınlıq gətirib.

Sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Xəbər lenti