Logo

AzTU tələbələri "İlk tibbi yardım" təlimində iştirak edib

03.12.2021 22:21 646 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə tələbələrə 1 nömrəli Bakı Tibb Kollecinin müəllimi Səbuhi Məmmədov tərəfindən "İlk tibbi yardım" təlimi keçirilib.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Təlimdə hər hansı həyati təhlükə yaranan məqamda həkimlərin köməyi təmin edilənə qədər şəxsin həyatının xilası üçün göstərilən ilk tibbi yardım haqqında tələbələrə ətraflı məlumat verilib. İlk tibbi yardımla bağlı bəzi məqamlar, o cümlədən ürək masajı, süni tənəffüsvermə qaydaları tələbələrə əyani olaraq nümayiş olunub.

Təlimin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, belə təlimlər AzTU-da mütəmadi olaraq keçiriləcək.

Xəbər lenti