Logo

Coğrafiya İnstitutu ölkədə yeni ali məktəblərin yaradılmasını zəruri hesab edir

03.12.2021 19:19 96 baxış
IMG

“Respublikada təhsil almaq istəyənlərin sayı heç də qənaətbəxş sayıla bilməz”.

Bunu AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov “Regionlarda ali təhsil: realliqlar və perspektivlər” adlı beynəlxalq elmi konfransda deyib.

O bildirib ki, əhalinin hər 10 000 nəfərinə görə onların sayı Qırğızıstanda 325, Qazaxıstanda 307, Belarusda 282, Rusiyada 277 olduğu halda, Azərbaycanda cəmi 199 nəfərdir: “Ölkədə hələ 8-10 yeni ali təhsil ocağının yaradılması zəruridir. Son vaxtlarda özəl ali təhsil müəssisəsələrinin kadr potensialı bir neçə dəfə azalıb”.

O, Dağlıq Şirvan, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Şəki-Zaqatala iqtisadi rayonlarında da belə ali təhsil müəssisələrinin yaradılmasını vacib hesab edib. (Apa)

Xəbər lenti