Logo

Azərbaycan Universitetində VIII daxili şahmat turniri keçirilib

03.12.2021 16:31 535 baxış
IMG

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsinə və Azərbaycan Universitetinin 30 illik yubileyinə həsr olunmuş VIII daxili şahmat turniri keçirilib.

Tehsil.biz xəbər verir ki, blts sistemi üzrə keçirilən ənənəvi turnirdə bütün fakültə və ixtisaslar üzrə təhsil alan tələbələr iştirak ediblər.

Turnirin qalibi humanitar fənlər fakültəsinin sosial iş ixtisası üzrə təhsil alan I kurs tələbəsi Sədi Bəşirov olub. Gənclərlə iş ixtisası üzrə magistratura I kurs tələbəsi Ülkər Abdurahmanlı II yeri, humanitar fənlər fakültəsinin tarix ixtisası üzrə II kurs tələbəsi Nahid Məmmədov isə III yeri tutub.

Qaliblər kubok və diplomla mükafatlandırılıb.

Müsabiqə tələbələrin asudə vaxtlarının səmərəli təşkili və şahmatın kütləviliyinin artırılması məqsədilə təşkil olunur.

Xəbər lenti