Logo

BDU-da “Milli qəhrəmanlarımız - Mübariz İbrahimov” adlı onlayn disput keçirilib

03.12.2021 16:19 703 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılığı ilə “Milli qəhrəmanlarımız - Mübariz İbrahimov” adlı onlayn disput keçirilib.

Hüquq fakültəsinin dekan müavini Aytəkin İbrahimovanın moderatorluğu ilə keçirilən tədbirdə fakültənin dekanı vəzifəsini icra edən Cabir Quliyev, İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının müdiri Əmir Əliyev, Mülki hüquq kafedrasının müdiri Məhəbbət Dəmirçiyeva, Cinayət prosesi kafedrasının müdiri Firuzə Abbasova, dosent Şükür Yusifov çıxış edib.

Çıxışlarda Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı tarixi qələbənin əhəmiyyəti, Vətən müharibəsində qazanılan qələbənin ölkənin uğurlu inkişafının nəticəsi olduğunu vurğulanıb, Azərbaycanın bu möhtəşəm zəfəri Ali Baş Komandanın müdrik qərarları, rəşadətli ordumuzun gücü və xalqımızın sarsılmaz həmrəyliyi sayəsində qazandığına diqqət çəkilib. Milli qəhrəmanlarımızın daim qəlbimizdə yaşayacağını, onların xatirəsinin hər zaman əziz tutulacağını qeyd edilib.

Daha sonra fakültənin məzun qaziləri Babək Hacılı və Şamo İsabəyli çıxış edib. Onlar Milli qəhrəmanlar Zaur Zeynalov, Allahverdi Bağırov və Mübariz İbrahimov haqqında danışıb, müharibə dövrü ilə bağlı xatirələrini bölüşüblər.

Sonda fakültənin tələbələri Aytəkin Qurbanlı və İlkin İmanlı "Qəhrəmanlar unudulmur: fərqli talelərin oxşar zirvəsi" və "Vətən qəhrəmanları ilə tanınar" mövzularında danışıblar.

Xəbər lenti